Fransa "Monako"su müdafiəçisi Gilyermo Maripanla müqavilənin müddətini artırıb. Matc.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
çilili mərkəz müdafiəçisi ilə yeni müqavilənin müddəti 2025-ci ilin yayına kimi nəzərdə tutulub. 28 yaşlı futbolçunun əvvəlki sözləşməsi 2024-cü ilin yayına qədər idi.
 
Maripan 2019-cu ildən formasını geyindiyi "Monako"da 100 rəsmi matça çıxıb, 11 qol və 2 məhsuldar ötürmə müəllifi olub. Müdafiəçi əvvəllər "Alaves" və "Universidad Katolika" klublarının da formasını geyinib. O, çili millisində 38 matça çıxıb və 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest