Almaniya Bundesliqasında 8-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha 6 qarşılaşma baş tutub.

Lider "Union Berlin" bu dəfə səfərdə "Ayntraxt"la qarşılaşıb. Paytaxt təmsilçisi bu oyundan xalsız ayrılmaqla cari mövsümdəki ilk məğlubiyyətinə üzülüb.

Dortmund "Borussiya"sı "Köln"lə səfər matçından xalsız qayıdıb. Mönhenqladbax "Borussiya"sı da "Verder"lə səfər oyununda darmadağına üzülüb.

Almaniya Bundesliqası
8-ci tur
30 sentyabr

Bayern – Bayer 4:0
Qol: Sane, 3. Musiala, 17. Mane, 39. Müller, 84.

1 oktyabr

Ayntraxt – Union Berlin 2:0
Qol: Götse, 12. Lindstrom, 42.

Köln – Borussiya (Dortmund) 3:2
Qol: Kaynts, 53. Tigges, 56. Lyubiçiç, 71 – Brandt, 31. Şmits, 78-öz qapısına.

Frayburq – Maynts 2:1
Qol: Qreqoriç, 3. Kyereh, 37 – Martin, 52.

Leypsiq – Bohum 4:0
Qol: Verner, 15; 53. Nkunku, 23-pen; 85.

Volfsburq – Ştutqart 3:2
Qol: Marmuş, 23. Arnold, 38. Gerhardt, 90+1 – Jirassi, 22. Mavropanos, 45+1.

Verder – Borussiya (Mönhenqladbax) 5:1
Qol: Fullkruq, 5; 13. Duks, 8. Bensebaini, 37-öz qapısına. Veyser, 73 – Turam, 63.

2 oktyabr

17:30. Herta – Hoffenhaym
19:30. Şalke – Auqsburq

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest