İndoneziyanın Malanq şəhərində keçirilən futbol matçı zamanı stadionda baş verən iğtişaşlar nəticəsində azı 174 nəfər ölüb. Matc.az xəbər verir ki, ölənlər arasında iki polis əməkdaşı da var.
 
İğtişaşlar "Arema" və "Persebaya" futbol komandaları arasında keçirilən oyundan sonra başlayıb.
 
Polis əməkdaşlarının fanatlara qarşı gözyaşardıcı qazdan istifadə etməsi çaxnaşma və izdihama səbəb olub.
 
Vurğulanıb ki, Kanjuruhan stadionunda baş verən iğtişaşlarda azı 180 nəfər də yaralanıb. Onlar xəstəxanalara yerləşdiriliblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest