Futbol üzrə Yunanıstan çempionatında 6-cı turun oyunları keçirilib. Matc.az xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Olimpiakos" da növbəti matçına çıxıb.
 
Pirey təmsilçisi doğma meydanda "Atromitos"la qarşılaşıb. "Qarabağ"ın rəqibi bu oyundan inamlı qələbə ilə ayrılıb – 2:0. Qolları 45+2-ci (penaltidən) və 68-ci dəqiqələrdə Sedrik Bakambu vurub.
 
6 turdan sonra 11 xalı olan "Olimpiakos" 14 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.
 
"Qarabağ" "Olimpiakos"a qarşı ilk matçını 6 oktyabrda səfərdə, ikinci oyununu isə 13 oktyabrda Bakıda keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest