İngiltərə Liqa Kubokunun qalibi müəyyənləşib. Matc.az saytının məlumatına görə, bu gün final qarşılaşması baş tutub.

"Uembli" stadionunda keçirilən həlledici görüşdə "çelsi" ilə "Mançester Siti" üz-üzə gəlib. 120 dəqiqə ərzində qapılara qol vurulmayıb. Nəticədə qalib penaltilər seriyası ilə müəyyənləşib.

"Mançester Siti"dən Leroy Sane zərbəni dəqiq yerinə yetirə bilməyibsə, "çelsi"nin heyətində Jorjinyo və David Luiz şansı qaçırıb. Nəticədə penaltilər seriyasında 4:3 hesablı qələbə qazanan "Mançester Siti" ötən mövsüm olduğu kimi, yenə liqa kubokunu muzeyinə aparıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest