Milli komandaların FİFA reytinqi açıqlanıb. Matc.az xəbər verir ki, Azərbaycan yığması dünyanın 123-cü komandasıdır.
 
Seçməmizin  aktivində 1146,72 xal var. Canni de Byazinin yetirmələri ötən cədvəllə müqayisədə 19,55 xallıq qazancla 5 pillə irəliləyib.
 
Buna millimizin qələbələri səbəb olub. Yığmamız Millətlər Liqasında Slovakiyanı 2:1, Qazaxıstanı 3:0 hesabı ilə məğlub edib. Komandamız 5 ölkəni - Malavi, Zimbabve, Qambiya, Toqo və Komor adalarını keçib.
 
Qardaş Türkiyə yığması 1460,14 xalla 45-cidir. "Ay-ulduzlular" ötən cədvəllə müqayisədə üç pillə geriləyib.
 
Qeyd edək ki, cədvələ 1831,30 xalla Braziliya başçılıq edir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest