"Bəzi KİV-lərdə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının yataqxanasından oğlan tələbələrin hamısının çıxarılması, otaqların isə "Səbail" Futbol Klubunun legioner üzvlərinə verilməsinə dair yayılan məlumat həqiqəti əks etdirmir". Matc.az xəbər verir ki, bu barədə ASCO-nun yaydığı məlumatda qeyd edilib.
 
"ASCO olaraq bildiririk ki, ADDA-nın yataqxanası ümumilikdə 312 yerlikdir. Hazırda burada 292 nəfər tələbə yaşayır. Yay aylarında dərs olmadığı müddətdə adıçəkilən klubun legioner oyunçuları yox, 20 nəfər uşaq futbol komandasının üzvləri yataqxanada müvəqqəti yerləşdirilmişdi.
 
Yeni tədris ilinin başlanması ilə əlaqədar rəhbərliyin tapşırığına uyğun olaraq "Səbail"in Uşaq Futbol Akademiyasının üzvlərinin yataqxanadan çıxarılması prosesinə başlanılıb. Yaxın günlərdə 20 yerə də müraciətlərə uyğun tələbələr yerləşdiriləcək" – deyə, açıqlamada qeyd edilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest