"İnter"in və "Latsio"nun sabiq yarımmüdafiəçisi Deyan Stankoviç "Sampdoriya"nın baş məşqçisi olub. Matc.az xəbər verir ki, tərəflər 30 iyun 2023-cü il tarixinədək nəzərdə tutulan müqaviləni daha bir mövsüm uzatmaq imkanı ilə imzalayıblar.
 
44 yaşlı Deyan Stankoviç futbolçu olarkən "İnter"də 326 (42 qol), "Latsio"da isə 208 (34 qol) oyuna çıxıb. O, 6 dəfə İtaliya çempionu olub. 2019-2022-ci illərdə Stankoviç "Srvena Zvezda"ya rəhbərlik edib və 3 dəfə Serbiya çempionluğunu qazanıb.
 
Oktyabrın 2-də "Sampdoriya" baş məşqçi Marko Campaolonun istefaya göndərildiyini açıqlamışdı.
 
"Sampdoriya" bu mövsüm 6 məğlubiyyət alıb və A Seriyasında turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest