Almaniyanın "Leypsiq" klubu ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, Bundesliqa təmsilçisinin qapıçısı Peter Qulaçi uzun müddətə sıradan çıxıb.
 
O, UEFA çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Şotlandiya "Seltik"inə 3:1 hesabıyla qalib gəldikləri oyunda zədələnib.
 
Macarıstandan olan 32 yaşlı qapıçının müayinələrdən keçdikdən sonra azı 6 ay yaşıl meydanlardan uzaq qalacağı müəyyənləşib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest