Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Yunanıstanda yerli "Olimpiakos"un qonağı olan "Qarabağ"ı dəstəkləməyə gələn azarkeşlər yunan fanatların hücumuna məruz qalıblar. Matc.az xəbər verir ki, "Olimpiakos" fanatları "Qarabağ" azarkeşləri üçün ayrılmış tribunada yerini tutmuş azərbaycanlılara hücum çəkiblər, pirotexniki vasitələr atıblar.
 
Bu üzdən polislərin köməyinə ehtiyac duyulub. Onlar gözyaşardıcı qazdan istifadə edərək, ultrasları geri çəkilməyə məcbur ediblər. Sonra "Qarabağ" tərəfi işə müdaxilə edərək azarkeşlərimizin daha təhlükəsiz sektora keçirilməsinə nail olublar.
 
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest