"Neftçi"nin Topaz Premyer Liqasındakı ev oyunlarında məğlubiyyətsizlik seriyası qırılıb. Matc.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, bu, XVIII turun "Səbail"lə görüşünə təsadüf edib.

1:2 hesabı ilə uduzan "ağ-qaralar" mövsümdə ilk dəfə öz meydanından xalsız ayrılıb. Bunadək "Neftçi"nin çempionatdakı son ev məğlubiyyəti 2017-ci il noyabrın 19-na təsadüf etmişdi. Həmin gün "Qəbələ"yə 2:3 hesabı ilə uduzan "ağ-qaralar" 462 gündən sonra məğlubiyyətlə üzləşib.

ötən mövsüm 9, cari çempionatda 8 görüşdə uduzmayan komandanın 17 matçlıq seriyası qırılıb. Bu müddətdə paytaxt təmsilçisi 12 qələbə qazanıb, 5 heç-heçə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest