"Zirə"nin futbolçusu Mfo Kqasvane Azərbaycanda qol hesabını açıb. Matc.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, botsvanalı hücumçu ilk qolunu Topaz Premyer Liqasının XVIII turunda vurub.

O, "Sumqayıt"la səfər matçında görüşün taleyini həll edən yeganə qolun müəllifi olub. Mfo "Zirə"nin heyətində Premyer Liqada qol sevinci yaşayan 31-ci futbolçudu. Bunadək 30 oyunçu çempionatda rəqib qapısına yol tapmışdı. Kqasvane "Zirə"də qol vuran 17-ci legioner və ilk Botsvana təmsilçisidi. Bu əcnəbilər 13 ölkəni təmsil edir və ümumilikdə 73 qol vurublar.

Qeyd edək ki, Mfo təkcə "Zirə"də deyil, Azərbaycan çempionatları tarixində ilk Botsvana təmsilçisidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest