Almaniya Bundesliqasında 9-cu turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha 5 qarşılaşma baş tutub.

"Bayer" "Şalke"ni, "Bohum" isə "Ayntraxt"ı darmadağınla yola salıb. "Auqsburq" - "Volfsburq" və "Maynts" - "Leypsiq" matçlarında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. "Bavariya" da Dortmund "Borussiya"sı ilə dörd qolluq matçdan heç-heçə ilə ayrılıb.

Almaniya Bundesliqası
9-cu tur
7 oktyabr

Hoffenhaym – Verder 1:2
Qol: Dabbur, 32 – Dukş, 18. Fullkruq, 87.

8 oktyabr

Auqsburq – Volfsburq 1:1
Qol: Qumni, 5 – Gerhardt, 27.

Bayer – Şalke 4:0
Qol: Diabi, 38. Frimponq, 41; 53. Paulinyo, 90.

Bohum – Ayntraxt 3:0
Qol: Hofmann, 71. Ndikka, 87-öz qapısına. Forster, 90+1.

Maynts – Leypsiq 1:1
Qol: İnqvartsen, 45 – Nkunku, 80.

Borussiya (Dortmund) – Bavariya 2:2
Qol: Mukoko, 74. Modeste, 90+5 – Qoretska, 33. Sane, 53.

9 oktyabr

17:30. Borussiya (Mönhenqladbax) – Köln
19:30. Herta – Frayburq
21:30. Ştutqart – Union Berlin

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest