Futbol üzrə Almaniya 3-cü liqasında 11-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi "Ersgebirge" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Oldenburq"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:1.
 
Nazarov da bu matçin iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 87-ci dəqiqədə əvəzlənib.
 
"Ersgebirge" 11 turdan sonra 9 xalla 20 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest