Bu gün Almaniyanın Frankfurt şəhərində Aç-2024-ün seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. Matc.az xəbər verir ki, "Festhalle" sərgi mərkəzində təşkil olunan tədbirdə Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşib.

UEFA Millətlər Liqasının 2022/23 mövsümünün qrup mərhələsinin yekununa əsasən tərtib edilmiş reytinq cədvəlinə uyğun olaraq, Azərbaycan yığması 4-cü səbətdə yer almışdı. Püşkə əsasən, ölkələr 10 qrupa bölünüb. 3 qrupda 6, digər 7 qrupda isə 5 komanda mübarizə aparacaq. Millətlər Liqası səbətində olan 4 yığma 5 komandalı qruplarda yer alıblar və 6-cı səbətdəki ölkələr onlara rəqib olmayıblar.

Püşkün nəticəsinə əsasən, Azərbaycan yığması F qrupunda Belçika, Avstriya, İsveç və Estoniya ilə mübarizə aparacaq.

Almaniya ev sahibi kimi birbaşa final mərhələsinə vəsiqə qazanıb. Bundestim A qrupunda yer alan bütün komandalarla təqvimə uyğun olaraq ev-səfər prinsipi əsasında qarşılaşacaq. Rusiya isə diskvalifikasiya səbəbindən seçmə və əsas mərhələdən kənarda qalıb.

Qruplarda ilk iki pilləni tutan milli komandalar birbaşa Aç-2024-ün final mərhələsinə vəsiqə əldə edəcək. Qalan 3 vəsiqə isə seçmə mərhələdə öz qrupunda ilk iki pilləni tuta bilməyən, Millətlər Liqasında pley-off mərhələsinə vəsiqə qazanan 12 komanda arasında keçiriləcək oyunlarından sonra bəlli olacaq.

A qrupu
İspaniya
Şotlandiya
Norveç
Gürcüstan
Kipr

B qrupu
Niderland
Fransa
İrlandiya
Yunanıstan
Cəbəllütariq

C qrupu
İtaliya
İngiltərə
Ukrayna
Şimali Makedoniya
Malta

D qrupu
Xorvatiya
Uels
Ermənistan
Türkiyə
Latviya

E qrupu
Polşa
çexiya
Albaniya
Farer adaları
Moldova

F qrupu
Belçika
Avstriya
İsveç
Azərbaycan
Estoniya

G qrupu
Macarıstan
Serbiya
Monteneqro
Bolqarıstan
Litva

H qrupu
Danimarka
Finlandiya
Sloveniya
Qazaxıstan
Şimali İrlandiya
San Marino

İ qrupu
İsveçrə
İsrail
Rumıniya
Kosovo
Belarus
Andorra

J qrupu
Portuqaliya 
Bosniya və Herseqovina
İslandiya
Lüksemburq
Slovakiya
Lixtenşteyn

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest