Futbol üzrə İsveçrə çempionatında 10-cu turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Qrasshopper" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Sion"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məhsuldar heç-heçə ilə ayrılıb – 4:4.
 
Renat bu görüşün iştirakçısı olmayıb. Onun adı bu qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
 
"Qrasshopper" 10 turdan sonra 14 xalla 10 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest