İngiltərənin "Mançester Siti" komandasının yarımmüdafiəçisi Kevin De Bruyne Premeyr Liqa klubunun tarixinə düşüb. Matc.az xəbər verir ki, belçikalı futbolçu ən çox məhsuldar ötürmə verməklə bu klubun rekordunu müəyyənləşdirib.
 
"Mançester Siti" Premyer Liqanın 9-cu turunda səfərdə "Sauthempton" üzərində 4:0 hesablı darmadağına sevinib. Belçikalı bu oyunda 1 məhsuldar ötürmə edib. Bununla da onun məhsuldar ötürmələrinin sayı 94-ə çatıb. Bu, komandanın tarixində ən yaxşı göstəricidir.
 
Bundan əvvəlki rekord 93 məhsuldar ötürmə verən ispan David Silvaya məxsus idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest