Şotlandiyalı futbolçu Gevin Stoks vəfat edib. Matc.az xəbər verir ki, o, Qlazqo şəhərindəki dairəvi yolda avtomobil qəzasına düşərək vəfat edib.
 
Hadisə zamanı 30 yaşlı oyunçunun yanındakı şəxslərdən heç biri xəsarət almayıb.
 
Gevin Stoks yalnız yerli klublarda çıxış edib. O, tarixdə ən tez vurulmuş qollardan birinin müəllifidir. Mərhum futbolçu start fitindən cəmi 2 saniyə sonra topu rəqib qapısından keçirib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest