"Qarabağ" Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində qarşılaşdığı "Qəbələ" ilə səfər oyununda ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, Ağdam klubunun legioner futbolçusu Leandro Andrade 25-ci dəqiqədə zədələnib.

Əzələsi dartılan oyunçu matçı davam etdirə bilməyib. Bu üzdən də o, 27-ci dəqiqədə İsmayıl İbrahimli ilə əvəzlənib.
 
"Qarabağ" Leandronu itirsə də, mərkəz müdafiəçiləri Maksim Medvedev və Kevin Medina uzun fasilədən sonra yaşıl meydana qayıdıblar. UEFA çempionlar Liqasının "Sürix"lə oyununda zədələnən hər iki oyunçu "Qəbələ" ilə matçın start heyətində yer alıblar. Bu, onların Premyer Liqanın cari mövsümündəki debüt matçıdır.
 
"Qəbələ" - "Qarabağ" matçında ilk hissədən sonra hesab açılmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest