"Real"ın baş məşqçisi Karlo Ançelotti "Xetafe"yə 1:0 hesabı ilə qalib gəldikləri oyunla "kral klubu"nda 90-cı qələbəsini qazanıb. Matc.az xəbər verir ki, italiyalı çalışdırıcı bu göstəricidə komandanın tarixində üçüncü olub.
 
Lider Migel Munyosdur (257 qələbə). İkinci yerdə isə Zinəddin Zidan (124) qərarlaşıb.
 
Eyni zamanda, Ançelotti "Real"a rəhbərlik edən bütün məşqçilər arasında ən yüksək qələbə faizinə malikdir – 73 faiz (122 matçda 90 qələbə).
 
"Real" 22 xalla İspaniya La Liqasında turnir cədvəlinə başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest