Futbol üzrə Yunanıstan çempionatında 7-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Olimpiakos" da növbəti matçına çıxıb.
 
Pirey təmsilçisi səfərdə OFİ ilə qarşılaşıb. Hesabı 40-cı dəqiqədə meydan sahibləri açıblar. Andreas-Rixardos Ntoi topu öz qapısından keçirib. 58-ci dəqiqədə Qarri Rodriges tarazlığı bərpa edib. 81-ci dəqiqədə isə Sedrik Bakambu komandasının qələbə qolunu vurub.
 
7 turdan sonra 14 xalı olan "Olimpiakos" 14 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.
 
"Qarabağ" "Olimpiakos"a qarşı ilk matçını 6 oktyabrda səfərdə keçirib və 3:0 hesabıyla qalib gəlib. Bu komandalar arasındakı ikinci oyun isə 13 oktyabrda Bakıda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest