"Neftçi"nin yarımmüdafiəçisi Rəhman Hacıyev zədələnib. Matc.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Son məşqlərin birində zədələnən 26 yaşlı oyunçu məhz bu üzdən Topaz Premyer Liqasının XVIII turunda "Səbail"lə görüşü buraxmışdı. Hacıyevin sol diz oynağından xəsarət aldığı müəyyənləşib. Hazırda müalicə olunan Rəhmanın yaxın müddətdə fərdi məşqlərə başlaması gözlənilir.

Qeyd edək ki, Rəhman Hacıyev bu mövsüm 14 oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest