Bu gün Bakı İdman Sarayında futzal üzrə ölkə kubokunun 1/8, 1/4 və ½ final mərhələsinin püşkatma mərasimi keçirilib. Matc.az-ın Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, bu mərhələdə Yüksək Liqanın 7, Birinci Liqanın 3, İkinci Liqanın 6 komandası mübarizə aparacaq.

Püşkə əsasən Yüksək Liqa təmsilçiləri və aşağı liqa komandaları arasında mübarizəni davam etdirən ən titullu komanda "Obolon" reytinqlilər səbətində, digər 8 komanda isə onların rəqibi qismində səpələnib.

1/8 final mərhələsinin oyunları martın 5-də və 6-da Olimpik Starda keçiriləcək.

 

1/8 final

Neftçi - Hövsan

Yasamal MFK Baku - Advokat

Xəzər Cənub - Dalğa

EKOL - Standard

Araz - Green Log

Liman - Təbriz

Yasamal İSK - Baku Fire

Obolon - Gilan Construction

 

¼ final mərhələsi

I. Neftçi – Hövsan // Obolon - Gilan Construction

II. Yasamal MFK Baku – Advokat // Yasamal İSK - Baku Fire

III. Xəzər Cənub – Dalğa // Liman - Təbriz

IV. EKOL – Standard // Araz - Green Log

 

Yarımfinal

I - IV

II - III

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest