Dünyanın ən güclü 1000 məşqçisinin növbəti reytinq siyahısı açıqlanıb. Matc.az xəbər verir ki, siyahıda Azərbaycanın yeganə təmsilçisi Qurban Qurbanov qəraraşıb.

"Qarabağ"ın baş məşqçisinin mövqeyində dəyişiklik olub. ötən həftə olduğu kimi, hesabında 1073 xal olsa da, Qurbanov 5 pillə geriləyərək, 507-ci yerə düşüb.

İlk "üçlük"də dəyişiklik olmayıb. Keçən həftə liderliyə yüksələn "River Pleyt"in çalışdırıcısı Marselo Qalyardo aktivinə daha 250 xal yazdırıb. 14436 xalı olan Qalyardonu "Barselona"lı Ernesto Valverde (13984) izləyir. İlk "üçlüy"ü "Atletiko"nun baş məşqçisi Dieqo Simeone (12754) qapayır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest