Argentina millisinin və İtaliyanın "Yuventus" klubunun futbolçusu Anxel Di Mariya 3 həftə yaşıl meydanlardan kənarda qalacaq. Matc.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
UEFA çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində İsraildə "Makkabi" (Hayfa) komandasına 0:2 hesabı ilə uduzduqları oyunda zədələnən 34 yaşlı yarımmüdafiəçi bud nahiyəsindən xəsarət alıb. Argentinalı oyunçunun təxminən 20 gün sonra məşqlərə başlayacağı diqqətə çatdırılıb.
 
Xatırladaq ki, Anxel Di Mariya bu ilin iyulunda "Yuventus"a keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest