Futbol üzrə Avropa Konfrans Liqasında qrup mərhələsinin 4-cü turunun oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlərin siyahısı açıqlanıb. Matc.az xəbər verir ki, həftənin oyunçusu adına ənənəvi olaraq 4 namizəd var.
 
Bunlar "Silkeborq"un (Danimarka) yarımmüdafiəçisi Sebastyan Yorgensen, "Yurqorden"in (İsveç) yarımmüdafiəçisi Qustav Vikheym, "Başakşəhər"in (Türkiyə) hücumçusu Stefano Okaka və "Fiorentina"nın (İtaliya) forvardı Nikolas Qonsalesdir.
 
Həftənin ən yaxşısı azarkeşlər arasında UEFA-nın rəsmi saytında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest