Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CİES) öz ölkələrində ən yaxşı statistik göstəricilərə malik komandaların reytinq cədvəlini açıqlayıb.

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CİES) öz ölkələrində ən yaxşı statistik göstəricilərə malik komandaların reytinq cədvəlini açıqlayıb. Matc.az CIES-in rəsmi saytına istinadən xəbər verir ki, siyahıda Azərbaycanın Premyer Liqada iştirak edən bütün təmsilçiləri yer alıb.
 
Yerli klublar arasında ən yaxşı göstəriciyə "Qarabağ" malikdir. ölkə çempionatında keçirdiyi 8 oyunun hamısında qalib gələn Ağdam təmsilçisi hər matçda rəqib qapısına orta hesabla 7,2 dəfə dəqiq zərbə ilə 18-ci pillədə qərarlaşıb.
 
Azərbaycan çempionu bu göstəricidə Almaniyanın "Bayern", Niderlandın PSV, "Feyenoord", "Ayaks" və "Alkmaar", Fransanın PSJ, Şotlandiyanın "Seltik" kollektivlərindən geri qalsa da, İspaniyanın "Real", "Barselona", İngiltərənin "Mançester Siti" və "Liverpul" kimi komandalarını qabaqlayıb.
 
"Neftçi" ortalama 6.2 zərbə ilə 57-ci, "Sabah" 5,8 zərbə ilə 96-cı, "Qəbələ" isə 5,6 zərbə ilə 114-cüdür.
 
Xatırladaq ki, "Qarabağ" hazırda 24 xalla Premyer Liqada turnir cədvəlinə başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest