UEFA 2025-ci ildə qadınlar arasında keçiriləcək Avropa çempionatının final mərhələsinə ev sahibliyi etmək istəyən ölkələrin siyahısını açıqlayıb. Matc.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, turniri keçirmək üçün 7 ölkə müraciət edib.
 
Fransa, Polşa və İsveçrə ilə yanaşı, Danimarka, Finlandiya, Norveç və İsveç Avropa çempionatını birgə təşkil etmək istəyini UEFA-ya rəsmi şəkildə bildirib.
 
Qurum ev sahibi ölkənin adını 2023-cü ilin yanvarında açıqlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest