Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA-nın bayrağı altında təşkil olunan müxtəlif turnirlərlə bağlı aşağıdakı qərarlar qəbul olunub:
 
U-13 Liqasının "KAVKAZ QUSAR" – "UGİM Şabran" oyununda "KAVKAZ QUSAR"ın futbolçusu Raul Sevzixanov düşüncəsiz hərəkət (üzə əl ilə zərbə) etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. "UGİM Şabran"ın futbolçusu Nahid Məmmədov oyunda rəqibə əllə zərbə endirdiyinə görə təcavüzkar davranış üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. "KAVKAZ QUSAR"ın futbolçusu Ruslan Əbilov rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-14 Liqasının "Leon Baku" – "Şamaxı" oyununda "Leon Baku"nun futbolçusu Ramil Sazanov rəqibi aşkar qoldan məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-14 Liqasının İOEUGİM – UGİŞM oyununda UGİŞM klubu 2-ci hissədə meydana çıxmadığı üçün oyunun baş tutmamasına görə qonaq komandaya 0:3 hesabı ilə məğlubiyyət verilib.
 
U-12 Liqasının EFA – "Amasiya" oyununda EFA-nın futbolçusu Musa Əliyev aqressiv davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. "Amasiya"nın futbolçusu Rəmzi Dərgahov aqressiv davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. "Amasiya"nın futbolçusu İlham Qubadov qeyri-idman hərəkəti etdiyinə görə ikinci xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-14  Liqasının "Neftçi" – "Sabah" oyununda "Sabah"ın futbolçusu Nihad Hüseynzadə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-13 Liqasının "Lokomotiv Baku" – "Ramana İM" oyununda "Ramana" təyin olunmuş vaxtda oyuna gəlmədiyinə görə sözügedən kluba 0:3 hesabı ilə məğlubiyyət verilib.
 
U-12 Liqasının "İOEUGİM Sumqayıt" – "UGİM-2 Sumqayıt" oyununda "UGİM-2 Sumqayıt" təyin olunmuş vaxtda oyuna gəlmədiyinə görə oyun keçirilmədiyi üçün "UGİM-2" klubuna 0:3 hesabı ilə məğlubiyyət verilib.
 
U-13 Liqasının EFA – "AZART" oyununda "AZART"-ın futbolçusu Səxavət Ağazadə oyunun 21-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-12 Liqasının "Baku FA" – "8 nömrəli İOEUGİM" oyununda "Baku FA" tam heyətlə olmadığı üçün oyunun baş tutmamasına görə "Baku FA" klubuna 0:3 hesabı ilə məğlubiyyət verilib.
 
U-14 Liqasının "Neftçi" – "Səbail" oyununda "Neftçi"nin baş məşqçisi Arif Abbasov oyunun 43-cü dəqiqəsində qeyri-idman hərəkəti etdiyinə görə (texniki zona qaydalarını pozaraq meydana daxil olub hakimə etiraz etdiyinə görə) qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-15 Liqasının "Cənub Elit" – "Şimal Elit" oyununda "Şimal Elit"in futbolçusu Denis İsmixanov qeyri-idman hərəkəti etdiyinə görə ikinci xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Gənclər Liqasının "Neftçi" – "Sabah" oyununda "Sabah"ın futbolçusu Əsgər Məmmədov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest