Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CİES) öz ölkələrinin çempionatında topa ən çox sahib olan komandaların siyahısını açıqlayıb. Matc.az CİES-in rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan təmsilçilərindən "Qarabağ" siyahıda 4-cü pillədə yer alıb.
 
Cari mövsümdə Misli Premyer Liqasında keçirdiyi 8 oyunun hamısında qələbə qazanan "köhlən atlar", hər oyunda orta hesabla 65.9 faizlik göstərici ilə yalnız Ukrayna "Şaxtyor"u (Donetsk), İngiltərə "Mançester Siti"si və Portuqaliya "Benfika"sından geri qalır.
 
Həmçinin, "Qarabağ" rəqib cərimə meydançası yaxınlığındakı ötürmələrin (214,1) orta sayına görə 14-cü, öz cərimə meydançasının həndəvərindəki ötürmə sayına görə isə sonuncu sırada yer alıb. Bu isə o deməkdir ki, Ağdam komandası oyunun böyük hissəsini hücumda keçirir.
 
Bundan başqa, "Qarabağ" dəqiq ötürmələrin orta sayı (214.1) baxımından 44-cüdür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest