Tofiq Bəhramov adına Respublika stadionu AFFA-nın balansında deyil. Orada oyun keçirmək üçün müvafiq vəsait köçürməliyik. Vergilər də daxil olmaqla, hər oyun üçün 50 min manat vəsait ödəməliyik. üstəlik, məşq xərcləri də ayrıca ödənişdir. Məşq olmadıqda isə çətinlik çəkirik". Matc.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Elxan Məmmədov "CBC Sport"a müsahibəsində deyib.
 
O, millinin qarşıdakı oyunları üçün Respublika stadionunu deyil, "Bakcell Arena"nı seçməklə öz vəsaitlərinə qənaət etdiklərini bildirib: "Respublika stadionundan fərqli, "Bakcell Arena" AFFA-nın balansındadı. Minimum 3 oyun keçirdikdə 150 min manat qənaət edirik. Düzdü, mərkəzi arenanın tamaşaçı sayı çoxdu. Amma iqtisadi baxımdan sonda eyni gəliri əldə edirik. çünki "Bakcell Arena"da "skybox"ların sayı Respublika stadionundakılardan daha çoxdu. "Bakcell Arena"da 23, Tofiq Bəhramovda isə 12 "skybox"umuz var. Əsas gəlirimiz də bundandır. Əvvəllər Respublika stadionunda futbol oynamışıq, doğma arenamızdır. Amma bütün infrastruktur layihələrimiz inkişafdadır və nəyə görə də öz balansımızdakı stadionlardan yararlanmayaq?"
 
Qeyd edək ki, Azərbaycan millisi martın 24-də Litva ilə yoldaşlıq görüşünü, eləcə də iyunun 8-də Macarıstan və iyunun 11-də Slovakiya ilə ev oyunlarını "Bakcell Arena"da keçirəcək. 
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest