Avropa Konfrans Liqasının qrup mərhələsinin 4-cü turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub. Matc.az xəbər verir ki, UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilmiş səsverməyə əsasən, bu ada Türkiyənin "Başakşəhər" klubunun hücumçusu Stefano Okaka layiq görülüb.
 
İtaliyadan olan 33 yaşlı futbolçu Latviyanın RFS klubuna 3:0 hesabıyla qalib gəldikləri görüşdə 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
 
Xatırladaq ki, Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu adına "Silkeborq"un (Danimarka) yarımmüdafiəçisi Sebastyan Yorgensen, "Yurqorden"in (İsveç) yarımmüdafiəçisi Qustav Vikheym və "Fiorentina"nın (İtaliya) forvardı Nikolas Qonsales də namizəd idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest