"Nant"ı "Qarabağ"a qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci tur oyununa başqa baş məşqçi çıxara bilər. Matc.az "Ekip" nəşrinə istinadən xəbər verir ki, uğursuz nəticələrdən narazı qalan klub rəhbərliyi baş məşqçi Antuan Kambuareni istefaya göndərməyə hazırlaşır.
 
Liqa 1 təmsilçisinin artıq yeni baş məşqçi axtarışlarına başladığı deyilir. Oktyabrın 16-da "Brest"lə çempionat oyunu 59 yaşlı mütəxəssisin bu vəzifədə son matçı ola bilər. Komanda bu matçda da uduzsa, Kambuare qovulacaq.
 
"Nant" ölkə çempionatı və avrokuboklarda keçirdiyi son 7 qarşılaşmada qələbə qazana bilməyib. Komanda Liqa 1-də 7 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.
 
"Nant" və "Qarabağ" arasında 5-ci tur görüşü oktyabrın 27-də Fransada olacaq. Bakıdakı 2-ci tur matçında "köhlən atlar" rəqibini 3:0 hesabı ilə məğlub edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest