Türkiyənin 1-ci liqa təmsilçisi "Dənizlispor" xoşagəlməz hadisə ilə üzləşib. Matc.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, komandanın oyunçularını daşıyan mikroavtobus aşıb.
 
çempionatın son turunda – dünən səfərdə "Boluspor"a 0:3 hesabı ilə uduzan komanda matçın ardından Dənizliyə qayıdarkən hadisə baş verib. Qəza nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Dərhal xəstəxanaya çatdırılan həmin şəxslərin həyati təhlükəsinin olmadığı açıqlanıb.
 
"Dənizlispor" hazırda 2 xalla turnir cədvəlinin son pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest