Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində baş tutan "Olimpiakos"la matçda zədələnən Kadi Borges tibbi müayinədən keçib.

Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində baş tutan "Olimpiakos"la matçda zədələnən Kadi Borges tibbi müayinədən keçib. Matc.az xəbər verir ki, onun ayaq əzələsində problem aşkarlanıb. 
 
Lakin braziliyalının zədəsinin çox ciddi olmadığı müəyyənləşib. Kadi 7-10 gün müddətində yaşıl meydanlardan kənarda qalacaq.
 
Braziliyalı oyunçu Premyer Liqanın 10-cu turunun "Sumqayıt"la sabahkı matçını buraxacaq. Amma onun Avropa Liqasında "Nant"la (Fransa) səfər görüşündə iştirak edəcəyi gözlənilir.
 
"Nant" – "Qarabağ" matçı oktyabrın 27-də baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest