İngiltərənin "Mançester Yunayted" klubunun hücumçusu Meyson Qrinvud saxlanılıb. Matc.az xəbər verir ki, bu ilin yanvarında keçmiş sevgilisi Harriet Robsonu zorlamağa və ona hücum etməyə cəhd edən 21 yaşlı futbolçu zaminə buraxılmışdı.
 
Lakin girov şərtini yerinə yetirməyən gənc futbolçunun evinə polis basqın edib və o, yenidən saxlanılıb.
 
Harriet Robson bu yaxınlarda sosial media hesabında Meyson Qrinvudu ona qarşı cinsi təcavüzdə ittiham edib.
 
Xatırladaq ki, 2018-ci ildən əsas komandada çıxış edən Meyson Qrinvud "Mançester Yunayted"in yetirməsidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest