Futzal üzrə Yüksək Liqada IV turun oyun cədvəli açıqlanıb. Matc.az xəbər verir ki, "Olimpik Star"da keçiriləcək turun bir görüşü təxirə salınıb.

Belə ki, UEFA çempionlar Liqasında iştirak edəcək "Araz Naxçıvan" turnirə hazırlıq çərçivəsində Qazaxıstanın "Kayrat" klubu ilə yoxlama oyunu keçirəcək.

Bu üzdən ölkə çempionunun IV turda "Neftçi" İK ilə keçirəcəyi oyun qeyri-müəyyən vaxta təxirə salınıb.

IV turun oyun cədvəlini diqqətinizə çatdırırıq:

Yüksək Liqa
IV tur
20 oktyabr

Record – Baku Fire
Olimpik Star. Saat 16:00.

Alyans (Lənkəran) – U-19
Olimpik Star. Saat 18:00.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest