"çelsi" klubunda çıxış edən İngiltərə millisinin futbolçusu Ris Ceyms bu il Qətərdə keçiriləcək dünya çempionatını buraxacaq. Matc.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Ceyms İtaliyada "Milan"a 2:0 hesabı ilə qalib gəldikləri UEFA çempionlar Liqasının qrup mərhələsinin 4-cü tur oyununda zədələnib. 23 yaşlı müdafiəçi 2 ay yaşıl meydanlardan kənarda qalacaq.
 
Xatırladaq ki, Dç-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest