"Valensiya"nın hücumçusu Edinson Kavani İspaniya çempionatının 9-cu turunda "Elçe" ilə görüşdə (2:2) dubla imza atıb. Matc.az xəbər verir ki, 35 yaşlı uruqvaylı 21-ci əsrdə Avropanın "böyük beşlik" liqalarından dördündə qol vuran beşinci cənubi amerikalı futbolçu olub.
 
Əvvəllər buna çilili Aleksis Sançes, kolumbiyalı Xames Rodriges, braziliyalı Filipp Koutinyo və argentinalı Anxel Di Maria nail olub.
 
Kavani bu mövsüm La Liqada "Valensiya"nın heyətində 4 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest