"Sumqayıt"ın baş məşqçisi Samir Abbasov Premyer Liqanın 10-cu turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib.

"Sumqayıt"ın baş məşqçisi Samir Abbasov Premyer Liqanın 10-cu turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib.

Matc.az xəbər verir ki, o, 1:3 hesabıyla məğlub olduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

- Bugünkü halımızla "Qarabağ"a qarşı oynamaq həddən artıq çətindir. İlk hissədə müdafiədə oyunumuz yaxşı idi. Bəzi oyunçuların gücü bitəndən sonra qollar buraxdıq. Xoş tərəfi odur ki, nəhayət, qol vura bildik. Getdikcə daha yaxşı olacağıq. Buna əminəm. Hücum xəttində kreativ, oyunu üzərinə götürə biləcək futbolçularımız yoxdur. çıxış yolu kollektiv oyun göstərməkdir. Bu gün müdafiədə bunu etməyi bacardıq. Bu gün işimiz komandanı stressə salmamaq və vəziyyətdən çıxmağa çalışmaqdır.

- Komanda ilk dəfə oyundan qol vurdu. Bunu irəliləyiş hesab edirsiz?
- Mənim üçün xoş olmayan təbrikdir. Son 3 oyunu analiz etməliyik. Əvvəlki matçlar barədə heç nə deyə bilmərəm. Belə oyunlar bizə fayda verəcək. Müəyyənləşdirməliyik ki, hansı oyun üslubu bizim üçün daha uyğundur. Gec olsa da, hələ axtarışdayıq.

- Qışda hücuma yeni oyunçu transferi olacaq?
- Tək hücumdan danışa bilmərəm. Qışı ən səbirsizliklə gözləyən insanlardan biriyəm. İndi nə qədər çox oyunçu qazana bilsək, işimiz yüngülləşər. Qurduğumuz oyunu başa düşməyənlər çoxluq təşkil etsə, nəinki qışı, yayı da gözləməli olacağıq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest