İngiltərə Premyer Liqasında 11-ci tura yekun vurulub. Matc.az xəbər verir ki, bu gün daha 5 qarşılaşma baş tutub.

"Mançester Yunayted" "Nyukasl"la ev oyunundan qolsuz ayrılıb. "Sauthempton" - "Vest Hem" matçında da qalib müəyyənləşməyib. Səfərdə "Aston Villa" ilə qarşılaşan "çelsi" inamlı qələbəyə sevinib. "Lids"in qonağı olan "Arsenal" da turu qələbə ilə başa vurub.

Turun mərkəzi oyununda isə "Liverpul" "Mançester Siti"ni qəbul edib. Uğursuz mövsüm keçirən "qırmızılar" "şəhərlilər"ə bu mövsümdə ilk məğlubiyyəti yaşadıblar.

11 turdan sonra 27 xalı olan "Arsenal" vahid liderdir. "Mançeseer Siti" və "Tottenhem"in 23 xalı var. "çelsi" 19 xalla dördüncü, 16 xala malik "Mançester Yunayted" isə beşincidir. "Liverpul" 13 xalla 8-ci sırada qərarlaşıb. 

İngiltərə Premyer Liqası
11-ci tur
14 oktyabr

Brentford – Brayton 2:0
Qol: Toni, 27; 64-pen.

15 oktyabr

Lester Siti – Kristal Pelas 0:0

Fulhem – Bornmut 2:2
Qol: Diop, 22. Mitroviç, 52-pen – Solanke, 2. Lerma, 29.

Vulverhempton – Nottingem Forest 1:0
Qol: Neves, 56-pen.

Tottenhem – Everton 2:0
Qol: Keyn, 59-pen. Hoyberq, 86.

16 oktyabr

Aston Villa – çelsi 0:2
Qol: Maunt, 6; 65.

Lids – Arsenal 0:1
Qol: Saka, 35.

Mançester Yunayted – Nyukasl 0:0

Sauthempton – Vest Hem 1:1
Qol: Perro, 20 – Rays, 64.

Liverpul – Mançester Siti 1:0
Qol: Salah, 76.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest