Futbol üzrə Xorvatiya çempionatında 13-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Varajdin"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:1.
 
Mahir bu görüşün iştirakçısı olmayıb. Azərbaycanlı futbolçu sonadək ehtiyatda qalıb.
 
Son Xorvatiya çempionu olan "Dinamo" 13 turdan sonra 34 xalla zirvədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest