Futbol üzrə Rusiya Birinci Liqasında 14-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət milli komandasının hücumçusu Kamran Əliyevin formasını geyindiyi Tula "Arsenal"ı da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə Moskva "Veles"i ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
 
Əliyev bu matçın iştirakçısı olmayıb. O, bu dəfə də sonadək ehtiyatda qalıb.
 
"Arsenal" 14 turdan sonra 22 xalla 7-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest