Futbol üzrə Moldova kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir. Matc.az xəbər verir ki, azərbaycanlı mütəxəssis Novruz Əzimovun baş məşqçi olduğu "Dinamo-Avto" da bu turnirdə növbəti matçına çıxıb.
 
Tiraspol təmsilçisi doğma meydanda aşağı liqa klubu "Univer-Oquzsport"la qarşılaşıb və 0:2 hesabı ilə uduzaraq, turnirlə vidalaşıb. Matçın əsas vaxtı qolsuz başa çatıb. 93 və 100-cü dəqiqələrdə fərqlənən qonaqlar 1/4 finala yüksəliblər.
 
Oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşən Əzimov məğlubiyyətə görə məyus olduğunu bildirib: "Kim matça daha düzgün yanaşırsa, o da uğur qazanır. Futbolçulara dəfələrlə demişəm ki, rəqiblərə yuxarıdan aşağı baxmasınlar. Amma hərdən belə də olur və elita təmsilçisi aşağı dəstə komandasına uduzur. Təbii ki, bu məğlubiyyət bizi çox incidir. Lakin bu, qismətdir".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest