Mediadan qaçdığı deyilən Məmmədov dünən ona ünvanlanan bütün suallara cavab verdi. Hətta elə suallar oldu ki, onu başqa bir vəzifəliyə versən, cavabsız qoyacağına əminik.

Bizdə əksər futbol adamları - məşqçilər, klub rəsmiləri mikrofon önünə çıxanda nadir hallarda səmimi olurlar. Hətta çoxları istər televiziya, istərsə də başqa bir mətbu orqana müsahibə verəndə əvvəlcədən suallarla tanış olmağa can atırlar.

Bəyənmədiyi sualların verilməməyini öncədən xahiş edənlər də var, cavabsız qoyanlar da. Ancaq "CBC Sport" telekanalının "Təkbətək" verilişi bu baxımdan fərqli alındı. Dünənki verilişin qonağı olan AFFA-nın baş katibi Elxan Məmmədov belə desək, "sual yağışına" tutuldu. Bunlar isə əsasən azarkeşlərin sosial şəbəkələrdən ünvanladığı suallar idi.

Mediadan qaçdığı deyilən Məmmədov dünən ona ünvanlanan bütün suallara cavab verdi. Hətta elə suallar oldu ki, onu başqa bir vəzifəliyə versən, cavabsız qoyacağına əminik.

Milli komandadakı baş məşqçi dəyişikliyi və Nikola Yurçeviçin təyinatından başlayan "Təkbətək"də baş katib Tofiq Bəhramov adına Respublika Stadionunu seçməməklərinin səbəbini maliyyə məsələsi ilə əlaqələndirib. ölkənin bir nömrəli arenasındakı oyunlar zamanı, həqiqətən də, atmosfer tam fərqli olur. Ancaq etiraf edək ki, maliyyə problemlərinin yarandığı indiki dönəmdə AFFA-nın öz balansında olan Bakı Olimpiya Stadionu və "Bakcell Arena"ya üstünlük verməsi məntiqəuyğundu.

Məmmədova azarkeşlərin hətta "niyə istefa vermirsiniz" sualı da verildi ki, bu da verilişin şəffaflığını bir daha ortaya qoydu. Baş katib bunu da təmkinli şəkildə cavablandırmaqla "suallardan qaçır" kimi fikirləri dağıtdı.

Elxan Məmmədov, həmçinin uşaq futbolundakı problemlərə, Premyer Liqada komandaların sayının 8 olmasına, danışılmış oyunlara, ölkəmizdə VAR sisteminin mümkün tətbiqinə də aydınlıq gətirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest