Futbol üzrə Portuqaliya millisinin və İngiltərənin "Liverpul" klubunun hücumçusu Dioqo Jota bu il Qətərdə keçiriləcək dünya çempionatını buraxacaq. Matc.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin baş məşqçisi Yurgen Klopp açıqlama verib.
 
Almaniyalı mütəxəssis bildirib ki, 25 yaşlı hücumçu zədə səbəbindən mundialda iştirak edə bilməyəcək.
 
Jota Premyer Liqanın 11-ci turu çərçivəsində "Mançester Siti"yə 1:0 hesabıyla qalib gəldikləri oyunda zədələnmişdi. O, bu mövsüm "qırmızılar"ın heyətində meydana çıxdığı 8 oyunda 5 qol vurub. Dioqo Portuqaliya yığmasında 28 oyuna çıxıb, 10 qol vurub.
 
Dç-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Portuqaliya yığması mundialda Qana, Uruqvay və Cənubi Koreya ilə bir qrupda mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest