Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan növbəti təyinat alıb.

Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan növbəti təyinat alıb. Matc.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, çexiyada "Viktoriya" (Plzen) və İspaniya "Barselona"sı arasında keçiriləcək UEFA Gənclər Liqasının qrup mərhələsinin 6-cı tur matçında UEFA nümayəndəsi olacaq.
 
Noyabrın 1-də baş tutacaq bu qarşılaşmaya Bakı vaxtı ilə saat 16:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest