Futbol üzrə Rusiya kubokunda qrup mərhələsinin oyunları keçirilir. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçular – Ayaz Quliyev və İlya Sadıqovun formasını geyindiyi "Ximki" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə Moskva "Lokomotiv"i ilə qarşılaşıb. Azərbaycanlı futbolçuların komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
 
Hər iki futbolçumuz meydana start heyətdə çıxıb. Quliyev fasilədə, Sadıqov isə 59-cu dəqiqədə əvəzlənib.
 
Cəmi 1 xalı olan "Ximki" 4 komandalı qrupda sonuncu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest