Futzal üzrə Yüksək Liqada IV turun oyunlarına təyinatlar açıqlanıb.

Matc.az xəbər verir ki, UEFA çempionlar Liqasında iştirak edəcək "Araz Naxçıvan" turnirə hazırlıq çərçivəsində Qazaxıstanın "Kayrat" komandası ilə yoxlama oyunları keçirəcəyi üçün, 4-cü turun "Neftçi" İK ilə matçı qeyri-müəyyən vaxta təxirə salınıb.

Sabah baş tutacaq digər iki oyunun təyinatları isə belədir:

Yüksək Liqa
IV tur
20 oktyabr

Record – Baku Fire
Hakimlər: Ceyhun Hüseynov, Anar Fərəcov, Şakir Quliyev.
Hakim-inspektor: Ramiz Əsədov.
Olimpik Star. Saat 16:00.

Alyans (Lənkəran) – U-19
Hakimlər: Hacıəli Ağayev, Elgün Hüseynov, Vüsal Balaşov.
Hakim-inspektor: Azad Hüseynov.
Olimpik Star. Saat 18:00.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest