Bu gün futzal üzrə Yüksək Liqada 4-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, "Olimpik Star"da baş tutan turun mərkəzi oyununda "Record"la "Baku Fire" qarşılaşıb.

Əsas rəqibini məğlub edən "Baku Fire" turnir cədvəlində bir pillə irəliləyib.

Günün digər oyununda Azərbaycanın U-19 yığması ilə "Alyans" komandaları qarşılaşıb. Lənkəran təmsilçisi bu oyunda çətin qələbəyə sevinib. Bu, "Alyans"ın cari mövsümdə ilk qələbəsi olub.

UEFA çempionlar Liqasında iştirak edəcək "Araz Naxçıvan" Qazaxıstanın "Kayrat" klubuyla Bakıda yoldaşlıq oyunları keçirəcəyinə görə, "Neftçi" İK ilə oyun qeyri-müəyyən vaxta təxirə salınıb.

Yüksək Liqa
4-cü tur
20 oktyabr

Alyans (Lənkəran) – U-19 5:4
Qol: Mojtaba Asadi, 11:31. Tural Lətifov, 16:46; 18:13; 23:32. Fərid Abbasov, 35:50-öz qapısına - Elşən Mahmudov, 3:04. Şahbaz Həndəmli, 34:43; 36:00; 37:22.
Hakimlər: Hacıəli Ağayev, Elgün Hüseynov, Vüsal Balaşov.
Hakim-inspektor: Azad Hüseynov.
Olimpik Star. Saat 18:00.

Record - Baku Fire 1:4
Qollar: Matin Qahramani, 18:05 - Sorouş Heydari, 10:03; 23:12; 32:06. Elvin Quliyev, 39:36.
Hakimlər: Ceyhun Hüseynov, Anar Fərəcov, Şakir Quliyev.
Hakim-inspektor: Ramiz Əsədov.
Olimpik Star. Saat 16:00.

Xal: Araz Naxçıvan – 9, Neftçi İK – 7, Baku Fire – 7, Record – 6, Alyans – 3, U-19.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest